UEFA Gənclər Liqasının 2025/26 mövsümünün püşkü atılıb.
Msport.az xəbər verir ki, AFFA Gənclər Liqasının son qalibi “Sabah” liqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. “Bayquşlar” bu mərhələdə Fransanın “Nant” klubu ilə qarşılaşacaq.
“Sabah” ilk görüşünü oktyabrın 22-də səfərdə keçirəcək. Cavab matçı noyabrın 5-də Bakıda olacaq.
“Nant” – “Sabah” cütünün qalibi üçüncü təsnifat mərhələsində “Austria” (Vyana, Avstriya) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.