UEFA Gənclər Liqasının 2025/26 mövsümünün püşkü atılıb. Son Azərbaycan çempionu “Sabah” liqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
İdmanxeber.az-ın məlumatına görə, komanda bu mərhələdə Fransanın “Nant” klubu ilə qarşılaşacaq.
“Sabah” ilk matçını səfərdə keçirəcək. Bu mərhələnin ilk oyunlarının oktyabrın 22-də, cavab görüşlərinin isə noyabrın 5-də keçirilməsi nəzərdə tutulub.
“Nant” – “Sabah” cütünün qalibi üçüncü təsnifat mərhələsində “Austria” (Vyana, Avstriya) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.