AZ

Bakıda oğurluq edənlər tutuldu

Paytaxtın Binəqədi və Nəsimi rayonlarında iki vətəndaşa məxsus içərisində 2280 manat nağd pul, 2 mobil telefon, bank kartı və sənədlər olan çantalar oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat veriblər.

"Unikal" xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 26 yaşlı O.Məmmədov, tanışı 22 yaşlı R.Sadiqov və əvvəllər məhkum olunmuş 47 yaşlı X.Əliyev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Seçilən
50
5
unikal.az

10Mənbələr