Bakı. Trend:
Paytaxtın Binəqədi və Nəsimi rayonlarında iki vətəndaşa məxsusiçərisində 2280 manat nağd pul, 2 mobil telefon, bank kartı vəsənədlər olan çantalar oğurlanıb.
Trendxəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, bu barədə zərərçəkən şəxslər polisə məlumatveriblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarıştədbirləri ilə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 26yaşlı O.Məmmədov, tanışı 22 yaşlı R.Sadiqov və əvvəllər məhkumolunmuş 47 yaşlı X.Əliyev saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.