AZ

Bakıda talama cinayətləri törədənlər saxlanıldı

Paytaxtın Binəqədi və Nəsimi rayonlarında iki vətəndaşa məxsus içərisində 2280 manat nağd pul, 2 mobil telefon, bank kartı və sənədlər olan çantalar oğurlanıb.

Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, bu barədə zərərçəkən şəxslər polisə məlumat veriblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 26 yaşlı O.Məmmədov, tanışı 22 yaşlı R.Sadiqov və əvvəllər məhkum olunmuş 47 yaşlı X.Əliyev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

 

Seçilən
26
5
7news.az

10Mənbələr