Bakı şəhərində talama cinayətləri törədənlər saxlanıldı
DİN-in mətbuat xidmətindən "Sitat.info"ya verilən məlumata görə, paytaxtın Binəqədi və Nəsimi rayonlarında iki vətəndaşa məxsus içərisində 2280 manat nağd pul, 2 mobil telefon, bank kartı və sənədlər olan çantalar oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat veriblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 26 yaşlı O.Məmmədov, tanışı 22 yaşlı R.Sadiqov və əvvəllər məhkum olunmuş 47 yaşlı X.Əliyev saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.