AZ

Bıçaqlanan prokuror dünyasını dəyişdi

Yazını böyüt
Yazını kiçilt

İstanbul Cümhuriyyət Prokuroru Ercan Kayhan Çəkməköydə bıçaqlı hücumda həyatını itirib. Hadisə Ömərli məhəlləsindəki restoranda baş verib. Hücum edən Mustafa Can Gül nəzarətə götürülüb.

Hafta.az-ın yazdığına görə, hadisə dünən axşam saat 21:15 radələrində baş verib. Prokuror Kayhan Çəkməköydəki "Yeşil Oba Steakhouse"da yemək yeyərkən əvvəllər mübahisə etdiyi 19 yaşlı Mustafa Can Güllə yenidən mübahisə etməyə başlayıb. Mübahisə böyüyərkən Gül Kayhanın boğazına bıçaq zərbəsi vuraraq ağır xəsarətlər yetirib.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşlarının səyinə baxmayaraq, prokuror Kayhanı xilas etmək mümkün olmayıb və hadisə yerində dünyasını dəyişib.

Hücumdan sonra saxlanılan Mustafa Can Gülün qadınlara qarşı zorakılıq və təqib də daxil olmaqla üç maddə üzrə cinayət keçmişi olduğu, iki dəfə həbs olunduğu ortaya çıxıb. İstanbul Cümhuriyyət Baş Prokurorluğu açıqlamasında şübhəlinin əvvəllər ofisiant işlədiyini və Kayhanla uzun müddətdir ki, ədavəti olduğunu bildirib.

Hücum zamanı Kayhanın müştəri kimi restoranda olduğu, təcavüzkarın axşam saatlarında restorana gələrək mübahisə etdiyi deyilib.

Hadisədən sonra mətbuatda Gülün gənc yaşlarından bölgədə cani, narkotik maddə aludəçisi olması və əvvəllər də müxtəlif müəssisələrə ziyan vurması ilə bağlı bəzi iddialar gündəmə gəlib. Prokuror Kayhan və Gülün birgə fotoşəkillərinin olduğu da iddia edilib ki, bu da onların arasında keçmiş tanışlıq olduğunu göstərir.

Bununla belə, hücumun iş materiallarından deyil, şəxsi davadan qaynaqlandığı güman edilir.

Hücum hüquq ictimaiyyətində güclü rezonans doğurdu. Məhkəmə heyətinin bir çox üzvü sosial şəbəkədə başsağlığı verib. Hücumun dövlət ittihamçılarına qarşı təhdidlərin ciddiliyini bir daha ortaya qoyduğu vurğulanıb.

Seçilən
76
48
hafta.az

10Mənbələr