Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az teleqraf.az-a istinadən xəbər verir ki, rayonun Hamarqışlaq kəndi ərazisində “Mercedes” markalı minik avtomobili ilə “VAZ-21099” markalı digər avtomobil toqquşub.
Hadisə nəticəsində azyaşlıların da olduğu 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.