Ajans.az xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. "Mercedes" və "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.