AZ

Cəlilabadda yol qəzası olub, yaralananlar var

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Qəza zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21099" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində azyaşlılar da olmaqla, 6 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar rayon xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
8
operativmm.az

10Mənbələr