AZ

Cəlilabadda yol qəzasında 6 nəfər xəsarət alıb

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Sitat.info-nun verdiyi xəbərə görə, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. "Mercedes" və "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
48
4
sitat.info

10Mənbələr