Paytaxtın Sabunçu rayonunda talama cinayətləri qeydə alınıb. Sabunçu qəsəbə sakininə məxsus evdən 3780 manat dəyərində təmir-tikinti alətləri, Maştağa qəsəbəsində isə bir avtomobildən 300 manat pul oğurlanıb.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı R.Nağıyev və 38 yaşlı Ə.Mürsəlbəyov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta