AZ

Bakıda oğurluq edənlər saxlandı


Paytaxtın Sabunçu rayonunda talama cinayətləri qeydə alınıb. Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Sabunçu qəsəbə sakininə məxsus evdən 3780 manat dəyərində təmir-tikinti alətləri, Maştağa qəsəbəsində isə bir avtomobildən 300 manat pul oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı R.Nağıyev və 38 yaşlı Ə.Mürsəlbəyov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

ZÜMRÜD

Seçilən
18
8
baki-xeber.com

9Mənbələr