Bakı. Trend:
Paytaxtın Sabunçu rayonunda talama cinayətləri qeydə alınıb.
Trendxəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Sabunçu qəsəbə sakininə məxsus evdən 3780 manatdəyərində təmir-tikinti alətləri, Maştağa qəsəbəsində isə biravtomobildən 300 manat pul oğurlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarıştədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən,əvvəllər məhkum olunmuş 49 yaşlı R.Nağıyev və 38 yaşlıƏ.Mürsəlbəyov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.