AZ

Sabunçu və Maştağada oğurluq edənlər saxlanılıblar

Bakı, 5 sentyabr, AZƏRTAC

Paytaxtın Sabunçu rayonunda talama cinayətləri qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu qəsəbə sakininə məxsus evdən 3 min 780 manat dəyərində təmir-tikinti alətləri, Maştağa qəsəbəsində isə bir avtomobildən 300 manat pul oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı R.Nağıyev və 38 yaşlı Ə.Mürsəlbəyov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
31
8
azertag.az

9Mənbələr