Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 35,4 faiz artaraq 422,1 milyon dolları üstələyib.
Bu barədə Operativ Media-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Azərbaycandan Rumıniyaya ixrac: 385,2 milyon dollar (+35,3 faiz)
Rumıniyadan Azərbaycana idxal: 36,9 milyon dollar (+36,3 faiz)
Cari ilin ilk yeddi ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rumıniya ilə ticarətin payı 1,46 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,31 faiz bəndi çoxdur.