Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,4 dəfə artaraq 37,2 milyon dolları üstələyib.
Bu barədə Operativ Media-ya Dövlət Gömrük Komitəsindən verilib.
Azərbaycandan Səudiyyə Ərəbistanına ixrac: 8,2 milyon dollar (+4 dəfə)
Səudiyyə Ərəbistanından Azərbaycana idxal: 29 milyon dollar (+2,1 dəfə)
Cari ilin ilk yeddi ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Səudiyyə Ərəbistanı ilə ticarətin payı 0,12 faiz təşkil edib.