Xəbər verdiyimiz kimi, dünyaca məşhur italyan modelyer Corco Armani ötən gün vəfat edib.
Publika.az axşam.az-a istinadlaxəbər verir ki, ölümünün ardından heç vaxt evlənməyən və övladı olmayan mərhum modelyerin mirasının kimə qalacağı müzakirə mövzusu olub.
12,1 milyard dollar sərvəti olan C.Armaninin əsas varisləri modelyerin bacısı Rosanna və onun övladları Silvana, Roberta, eləcə də qardaşı Sercionun oğlu Andrea Armanidir.
Həmçinin, varislər arasında modelyerin 40 ildən çox birgə çalışdığı Pantaelo Dell'Orconun da adı yer alır.