ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Dünya moda cameəsində silinməz iz qoymuş, əfsanəvi italyan modelyer Corco Armani 91 yaşında dünyasını dəyişib.
Hazırda beynəlxalq ictimaiyyətdə ən çox müzakirə olunan məqam, böyük dizaynerin mirasıdır. Təxminən 12,1 milyard dollar dəyərində olan sərvətin kimə qalacağı sualı böyük maraq doğurur.
Qeyd edək ki, Corco Armani ailə həyatı qurmamış, övlad sahibi olmamışdır. Bu səbəbdən də onun əmlakının kimə miras qalacağı ilə bağlı müxtəlif ehtimallar irəli sürülür.
İlkin məlumatlara görə, əsas varis qismində Armaninin bacısı Rosanna, onun övladları – Silvana və Roberta, həmçinin qardaşı Sercionun oğlu Andrea Armani ön plana çıxır. Digər tərəfdən, Armaninin həyatında və karyerasında mühüm rol oynamış, 40 ildən artıq bir müddət onunla çiyin-çiyinə çalışmış Pantaleo Dell'Orco da mümkün varislər arasında göstərilir. O, uzun illər boyu Armani üçün sadəcə işçi deyil, həm də sağ əli və ən yaxın etibarlı şəxslərindən biri olub.
Qeyd etmək lazımdır ki, “Armani” brendi sadəcə dəb dünyasının deyil, həm də qlobal iqtisadiyyatın böyük oyunçularından biridir. “Giorgio Armani”, “Emporio Armani” və “A|X Exchange” kimi markaları birləşdirən The Armani Group 2024-cü ilin maliyyə hesabatına görə 2,3 milyard dollar gəlir əldə edib.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.