Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Dizayner Corco Armani sərvətini bacısına miras qoyub.
"Unikal" xəbər verir ki, varislər arasında dizaynerin 86 yaşlı bacısı Rosanna, onun iki qardaşı qızı Roberta və Silvana və qardaşı oğlu Andrea Kamerana da var. Mediada yayılan məlumata görə, Corco Armani 2,7 milyard dollar gəlir əldə edib və dizaynerin özü 60 milyon avro dəyərində yaxtaya və Milan, Paris, Saint-Tropez və Saint-Moritzdə daşınmaz əmlaka sahib olub.
1974-cü ildə Corco Armani ilk kolleksiyasını öz adı ilə təqdim edib. Daha sonra Armaninin dostu, memar Serco Qaleotti onu öz şirkətini açmağa razı salıb və onun maliyyə idarəçiliyini öz üzərinə götürüb. Onun rəhbərliyi altında "Giorgio Armani USA", "Emporio Armani" və "Armani Jeans" bölmələri yaradılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.