AZ

Bakı elm paytaxtına çevrilir: Avrasiya Universitetləri Sammitinə sayılı günlər qaldı

24-25 sentyabr tarixlərində Bakı dünyanın aparıcı universitet rəhbərləri, alimləri və təhsil ekspertlərini bir araya gətirəcək.
 
Bu barədə Moderator.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, "Times Higher Education" (THE) beynəlxalq reytinq agentliyi tərəfindən təşkil olunan sammit "THE Eurasia Universities Summit 2025" bu il “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunub.
 
Sammitdə 300-dən çox iştirakçı, 150-dən artıq müəssisə və 20-dən artıq ölkə üzrə 50-dən çox beynəlxalq və yerli spiker qlobal tədqiqat əməkdaşlıqları, Avrasiya universitetlərinin sosial-iqtisadi inkişafa verdiyi töhfələr, eləcə də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində ali təhsilin rolu ilə bağlı müzakirələr aparacaq.
 
Tədbirin əsas panel və sessiyalarında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko, THE-nin qlobal məsələlər üzrə baş direktoru Fil Beyti, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Əbu-Dabi Universitetinin rektoru Qassan Aouad, Nazarbayev Universitetinin rektoru Vaqar Əhməd, Obuda Universitetinin rektoru Levente Kovak, Konstraktor Universitetinin icraçı direktoru Tomas Auf der Heyde və digər nüfuzlu təhsil liderləri çıxış edəcəklər.
 
Bu möhtəşəm görüş Avrasiya universitetlərinin əməkdaşlıq potensialını nümayiş etdirmək, yeni tərəfdaşlıqlara yol açmaq və regionun elm-təhsil imkanlarını qlobal səviyyədə tanıtmaq üçün mühüm platforma olacaq.
Seçilən
33
11
moderator.az

10Mənbələr