Dogru.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Sentyabrın 24-25-də Bakıda “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən Avrasiya Universitetləri Sammiti təşkil olunacaq.
Doğru.az xəbər verir ki, bu il Sammit “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr edilib. Tədbirdə 20-dən artıq ölkədən 300-dən çox iştirakçı, 150-dən çox ali təhsil müəssisəsinin nümayəndəsi və 50-dən artıq beynəlxalq və yerli spiker çıxış edəcək.
Sammit çərçivəsində qlobal tədqiqat əməkdaşlıqları, Avrasiya universitetlərinin sosial-iqtisadi inkişafa verdiyi töhfələr və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində ali təhsilin rolu ilə bağlı müzakirələr aparılacaq.
Əsas panel və sessiyalarda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko, THE-nin qlobal məsələlər üzrə baş direktoru Fil Beyti, BDU-nun rektoru Elçin Babayev, ADNSU-nun rektoru Rüfət Əzizov, AzTU-nun rektoru Vilayət Vəliyev, Əbu-Dabi Universitetinin rektoru Qassan Aouad, Nazarbayev Universitetinin rektoru Vaqar Əhməd, Obuda Universitetinin rektoru Levente Kovak, Konstraktor Universitetinin icraçı direktoru Tomas Auf der Heyde və digər təhsil liderləri çıxış edəcəklər.
Bu tədbir Avrasiya universitetlərinin əməkdaşlıq potensialını nümayiş etdirmək, yeni tərəfdaşlıqlara yol açmaq və regionun elm-təhsil imkanlarını qlobal səviyyədə tanıtmaq üçün mühüm platforma olacaq.
DOĞRU.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.