24-25 sentyabr 2025-ci il tarixlərində Bakı dünyanın aparıcı universitet rəhbərləri, alimləri və təhsil ekspertlərini bir araya gətirəcək.
"Times Higher Education" (THE) beynəlxalq reytinq agentliyi tərəfindən təşkil olunan "THE Eurasia Universities Summit 2025" bu il “Transmilli tədqiqat:
bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunub.
Bu möhtəşəm görüş Avrasiya universitetlərinin əməkdaşlıq potensialını nümayiş etdirmək, yeni tərəfdaşlıqlara yol açmaq və regionun elm-təhsil imkanlarını qlobal səviyyədə tanıtmaq üçün mühüm platforma olacaq.