AZ

Birinci Liqa: “Baku Sportinq” və “Difai”dən 1 xallıq start

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 1-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Baku Sportinq” “Difai”ni qəbul edib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

Birinci Liqa
1-ci tur

11 sentyabr

MOİK – “Şahdağ Qusar” 1:2
Qollar: Seyxan Fərəcov, 55 – Ruslan Voronsov, 50; 90+2.
Hakimlər: Emin Əliyev, Aydın Bəxşiyev, Rasim Axundov, İslam Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 16:30.

“Zaqatala” – “Cəbrayıl” 1:0
Qol: Mahmud Məmmədov, 22.
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Vüqar Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

12 sentyabr

“Şəfa” – “Şimal” 2:0
Qollar: Emin Zamanov, 23-pen. Elnur Cəfərov, 51.
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Mirnihat Seyidov, Əkbər Əhmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 16:30.

“Səbail” – “Mingəçevir” 2:0
Qollar: Afonso Almeyda, 36. Emil Qasımov, 61.
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, Murad Səlimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Bayıl Arena”, 19:00.

13 sentyabr

“Baku Sportinq” – “Difai” 2:2
Qollar: Ceyhun Muxtarlı, 14. İlham Allahverdiyev, 41 – Nazim Həsənzadə, 36. Musa Musazadə, 80.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Sənan Atayev, Ruslan Quliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Buzovna qəsəbə stadionu, 16:30.

error: Məzmun qorunur!
Seçilən
19
20
arena.az

10Mənbələr