AZ

Yanvar-avqust aylarında 24,2 milyon dollarlıq mis filizləri və konsentratları ixrac edilib

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-avqust aylarında ölkədən dəyəri 24,2 milyon ABŞ dollarına yaxın 13,3 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 16,5 dəfə və ya 22,7 milyon dollar, həcm baxımından isə 18,3 dəfə və ya 12,6 min ton çoxdur.

Ümumilikdə cari ilin ilk səkkiz ayında ölkədən dəyəri 2,14 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 16,8 faiz üstələyir. Hesabat dövründə mis filizləri və konsentratlar ixracının xüsusi çəkisi 1,13 faizə bərabər olub.

Seçilən
130
4
vergiler.az

10Mənbələr