AZ

Mis və ondan hazırlanan məmulatların ixrac göstəriciləri açıqlanıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-avqust aylarında ölkədən 24,9 milyon dollar dəyərində 3,2 min tondan çox mis və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 25 faiz və ya təqribən 5 milyon dollar, həcm baxımından isə 13,2 faiz və ya 380,9 ton çoxdur.

Ümumilikdə cari ilin ilk səkkiz ayında ölkədən dəyəri 2,14 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 16,8 faiz üstələyir. Hesabat dövründə mis və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 1,16 faizə bərabər olub.

Seçilən
60
6
vergiler.az

10Mənbələr