AZ

8 ayda 67,4 milyon dollar dəyərində metanol ixrac edilib

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-avqust aylarında ölkədən 67,4 milyon dollar dəyərində 292,3 min tondan çox metanol ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 3,7 faiz çox, həcm baxımından isə 9,3 faiz azdır.

Ümumilikdə cari ilin ilk səkkiz ayında ölkədən dəyəri 2,14 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 16,8 faiz üstələyir. Hesabat dövründə metanol ixracının xüsusi çəkisi 3,14 faizə bərabər olub.

Seçilən
45
6
vergiler.az

10Mənbələr