AZ

Yanvar-avqust aylarında ixrac olunan pambıq ipliyinin dəyəri açıqlanıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-avqust aylarında ölkədən 21 milyon dollar dəyərində 9,1 min tondan çox pambıq ipliyi ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 16,2 faiz, həcm olaraq 25,9 faiz çoxdur.

Ümumilikdə cari ilin ilk səkkiz ayında ölkədən dəyəri 2,14 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 16,8 faiz üstələyir. Hesabat dövründə pambıq ipliyi ixracının xüsusi çəkisi təqribən 1 faizə bərabər olub.

Seçilən
66
6
vergiler.az

10Mənbələr