AZ

Almaniyanın Münhen hava limanı bu səbəbdən bağlandı

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın Münhen şəhərində yerləşən beynəlxalq hava limanı pilotsuz uçuş aparatı təhlükəsi səbəbindən təxminən 7 saat bağlı qalıb.

News24.az xəbər verir ki, hadisə cümə axşamı gecə saatlarında baş verib. Hava limanı üzərində ardıcıl pilotsuz uçuş aparatlarının müşahidə olunması səbəbindən uçuşlara tamamilə fasilə verilib.

Nəticədə 17 təyyarə havaya qalxa bilməyib, 15 reys isə Frankfurt, Ştutqart, Nürnberq və Avstriyanın paytaxtı Vyanaya yönləndirilib. Təxminən 3 min sərnişin hadisədən təsirlənib, onların bir çoxu hava limanında gecələmək məcburiyyətində qalıb. Uçuş izləmə məlumatlarına əsasən, saat 23:00 radələrində bir neçə təyyarə Münhen üzərində dövrə vurduqdan sonra digər hava limanlarına enib.

Gecə boyunca Münhen hava limanında heç bir uçuş həyata keçirilməyib. Almaniya hökuməti bu hadisədən sonra pilotsuz uçuş aparatlarının yaratdığı təhlükəyə qarşı yeni tədbirlərin görüləcəyini açıqlayıb. "Lufthansa" şirkəti bildirib ki, ümumilikdə 19 reys ya ləğv olunub, ya da başqa istiqamətlərə yönəldilib. Hava yolları gecəni hava limanında keçirməyə məcbur olan sərnişinlərə yemək, içki və yorğan paylayıb.

Hadisə Almaniyada hava limanlarının pilotsuz uçuş aparatlarına qarşı nə qədər həssas olduğunu bir daha ortaya qoyub.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
29
news24.az

10Mənbələr