Almaniyanın Münhen hava limanı bir neçə dron aşkar edildikdən sonra uçuşları dayandırıb.
QHT.az xəbər verir ki, hadisə nəticəsində 17 reys ləğv edilib, 15 reys isə digər şəhərlərə yönləndirilib. Təxminən 3 min sərnişin fasilələrdən təsirlənib.
Federal polis və helikopterlər əraziyə nəzarət edib, lakin dronları aşkarlaya bilməyib. Hava limanı bu səhər tezdən fəaliyyətini bərpa edib, lakin rəsmi təsdiq hələ yoxdur.
R.İmanov