AZ

HƏMAS: Mübadilə əməliyyatı Fələstinin azadlığı yolunda tarixi addımdır

HƏMAS: Mübadilə əməliyyatı Fələstinin azadlığı yolunda tarixi addımdır

AFN.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS İsrail həbsxanalarından azad olunan fələstinliləri təbrik edərək, işğalın tamamilə sona çatmasına qədər mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Hərəkatın bəyanatında qeyd olunur: “Əsir mübadiləsi əməliyyatı tarixi nailiyyətdir. Biz bunu Fələstin torpaqlarının və müqəddəs məkanlarının azadlığı yolunda mühüm addım hesab edirik”.

HƏMAS bildirib ki, fələstinlilərin iradəsini nə aclıq, nə də zorakılıq sındıra bilməyib, azadlıq xəbəri isə bütün bölgədə böyük sevinclə qarşılanıb.

Təşkilat beynəlxalq qurumları İsrailin fələstinli məhbuslara qarşı törətdiyi hüquq pozuntularını dayandırmağa və onların azad olunmasına dəstək verməyə çağırıb.

Qeyd edək ki, 13 oktyabrda HƏMAS və ona bağlı qruplar atəşkəs razılaşması çərçivəsində 20 israilli girovu azad edib. Əvəzində İsrail 1 968 fələstinlini, o cümlədən ömürlük və uzunmüddətli həbsdə olan 250 nəfəri azadlığa buraxıb.

Seçilən
65
50
afn.az

10Mənbələr