AZ

HƏMAS silahsızlanma məsələsini “şişirdilmiş” adlandırdı

BAKI, 14 oktyabr. TELEQRAF

Fələstin HƏMAS hərəkatı Qəzza zolağında təşkilatın silahsızlaşdırılması ilə bağlı müzakirələrin “şişirdildiyini” bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı təşkilatın nümayəndəsinə istinadən məlumat yayıb.

“Həqiqətən, silahsızlanma mürəkkəb və qarışıq məsələdir, amma biz bunun həll yolunu tapacağıq,” — HƏMAS nümayəndəsi deyib.

Onun sözlərinə görə, təşkilatın sərəncamında yalnız sadə silahlar var və bu məsələ beynəlxalq mediada həddindən artıq qabardılır.

Seçilən
37
50
teleqraf.com

10Mənbələr