BAKI, 14 oktyabr. TELEQRAF
HƏMAS hərəkəti Fələstin Milli Administrasiyası (FMA) ilə münasibətləri bərpa etməyə hazır olduğunu elan edib.
Teleqraf xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı HƏMAS nümayəndəsinə istinadla məlumat yayıb.
«Biz Fələstin Administrasiyası ilə münasibətlərdə yeni bir səhifə açmağa hazırıq», - HƏMAS rəsmisi bildirib.
O əlavə edib ki, HƏMAS FMA ilə qarşıdurma yaratmaq niyyətində deyil.