Goranboy sakinləri bıçaqlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində yerləşən kafedə baş verib.
Kənd sakinləri, 1997-ci il təvəllüdlü Alışov Elvin Elyar oğlu münaqişə zəminində qardaşı 1993-cü il təvəllüdlü Alışov Eltun Elyar oğluna, həmkəndliləri 1973-cü il təvəllüdlü Nağıyev Zaur Fikrət oğluna və 1976-cı il təvəllüdlü Quliyev Elçin Arif oğluna bıçaqla xəsarət yetirib.
Xəsaərt alanlar xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.