AZ

Kafedə qardaşını və daha 2 nəfəri bıçaqladı

Goranboy sakinləri bıçaqlanıb.

 

Hadisə rayonun Tapqaraqoyunlu kəndində yerləşən kafedə baş verib.

 

Kənd sakini 1997-ci il təvəllüdlü Alışov Elvin Elyar oğlu kənddə yerləşən kafedə münaqişə zəminində qardaşı 1993-cü il təvəllüdlü Alışov Eltun Elyar oğluna, həmkəndliləri 1973-cü il təvəllüdlü Nağıyev Zaur Fikrət oğluna və 1976-cı il təvəllüdlü Quliyev Elçin Arif oğluna bıçaqla xəsarətlər yetirib.

 

Xəsaərt alanlar xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım edilib.

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix: 20 Oktyabr 2025, 10:41   
Seçilən
43
10
pravda.az

10Mənbələr