Goranboy sakinləri bıçaqlanıb.
Leqal.info xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində yerləşən kafedə qeydə alınıb.
Kənd sakini 1997-ci il təvəllüdlü Alışov Elvin Elyar oğlu kənddə yerləşən kafedə münaqişə zəminində qardaşı 1993-cü il təvəllüdlü Alışov Eltun Elyar oğluna, həmkəndliləri 1973-cü il təvəllüdlü Nağıyev Zaur Fikrət oğluna və 1976-cı il təvəllüdlü Quliyev Elçin Arif oğluna bıçaqla xəsarətlər yetirib.
Xəsaərt alanlar xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım edilib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta