AZ

Goranboy sakini kafedə qardaşını və daha 2 nəfəri bıçaqlayıb

Goranboy sakinləri bıçaqlanıb...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində yerləşən kafedə baş verib.

Kənd sakini 1997-ci il təvəllüdlü Alışov Elvin Elyar oğlu kənddə yerləşən kafedə münaqişə zəminində qardaşı 1993-cü il təvəllüdlü Alışov Eltun Elyar oğluna, həmkəndliləri 1973-cü il təvəllüdlü Nağıyev Zaur Fikrət oğluna və 1976-cı il təvəllüdlü Quliyev Elçin Arif oğluna bıçaqla xəsarətlər yetirib. 

Xəsaərt alanlar xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım edilib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Poliqon.info

Seçilən
32
10
poliqon.info

10Mənbələr