AZ

Şəkidə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb- YENİLƏNİB VİDEO

Şəki, 21 oktyabr, AZƏRTAC

Bu gün axşam saatlarında Şəki rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəza zamanı 3 nəfər hadisə yerində ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Qeyd olunur ki, yol-nəqliyyat hadisəsindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müvafiq şöbələrdə müalicəsi davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

19:11

Bu gün axşam saatlarında Şəki rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri Daxili İşlər Nazirliyinin Şəki regional qrupuna istinadən bildirir ki, “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Seçilən
70
37
azertag.az

10Mənbələr