ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilər Qarabağa növbəti səfəri çərçivəsində Ağdamdan sonra Xankəndi şəhərinə gəliblər.
APA-nın Qarabağ bürosu xəbər verir ki, 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunan qonaqlar Xankəndi şəhəri ilə tanış olublar.
Səyyahlar şəhərin mərkəzi meydanında olublar. Onlara şəhər barədə məlumat verilib. Bildirilib ki, 18-ci əsrdə yaranan qədim yaşayış məskəni 35 il ermənilərin nəzarətində olub.
Günün ikinci yarısında səyahətçilərin Qarabağ Universitetinin tələbə və müəllim kollektivi ilə görüşü gözlənilir.