AZ

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü yekunlaşıb - YENİLƏNİB - FOTO

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə oktyabrın 22-də 8 ölkədən olan dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü yekunlaşıb.

Trend xəbər verir ki, səyyahlar əvvəlcə Ağdamda Cümə məscidini ziyarət edib və Çörək Muzeyinin dağıntılarına baxıblar. Daha sonra Xankəndidə Qarabağ Universitetində görüş keçirilib. Onlara universitetin fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verilib.

Laçına gələn qonaqlar şəhərin mərkəzini gəzib, Yurd Qalereyası və "Gilabi Ceramics" Yaradıcılıq Mərkəzi ilə tanış olublar. Burada şəhərin tarixi, mədəni irsi, sənətkarlıq ənənələri və müasir infrastruktur imkanları təqdim olunub.

Qeyd edək ki, heyət 2 gün ərzində Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli marşrutu üzrə səfər etməyi planlaşdırır.

---------
19:23

Beynəlxalq səyyahlar Laçın şəhərinə gəliblər.

Trend-in Qarabağ bürosu xəbər verir ki, qonaqları Prezidentin Laçın şəhəri üzrə xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb.

Səyahətçilərə Laçın şəhəri haqqında məlumat verilib. Bildirilib ki, şəhər yenidən qurulub, məktəb, uşaq baxçası, səhiyyə ocaqları tikilərək sakinlərin istifadəsinə verilib. O da qeyd olunub ki, şəhər turist zonasına çevriləcək, həmçinin yollar genişləndiriləcək, dağlarda kanat quraşdırılacaq.

---------
17:15

Oktyabrın 22-də Beynəlxalq səyyahlar Qarabağa növbəti səfərləri çərçivəsində Xankəndi şəhərində olublar. Səfər "International Congress" klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, səyyahlar arasında ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan gələn nümayəndələr yer alıb. Qonaqlar arasında həmçinin MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi, ABŞ vətəndaşı Çarlz Vili (Charles Veley) də olub. Beynəlxalq səyyahlar əvvəlcə Xankəndi şəhərinin mərkəzi meydanında olublar. Onlara şəhərin tarixi, işğaldan azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri barədə məlumat verilib. Qeyd olunub ki, Xankəndi 35 il ərzində erməni işğalı altında qalıb.

Səfərin ikinci hissəsində səyyahlar Qarabağ Universitetində tələbə və müəllim kollektivi ilə görüşüblər. Görüş zamanı Xankəndinin hazırkı inkişafı, eləcə də Qarabağ Universitetinin təhsil potensialı və gələcək planları barədə məlumat verilib.

Səfərin məqsədi Qarabağda aparılan bərpa və yenidənqurma işləri, regionun turizm imkanları və mədəni irsi ilə beynəlxalq ictimaiyyətin tanışlığını artırmaqdır.

  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
Seçilən
38
2
day.az

10Mənbələr