ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Xankəndi şəhərində olublar...
APA-nın Qarabağ bürosu xəbər verir ki, xarici səyyahlar Qarabağ Universitetində olub müəllim və tələbələrlə görüşüblər.
Qarabağ Universitetinin Tədqiqat və İnnovasiya Mərkəzinin direktoru Ceyhun Məmmədov qonaqlara Xankəndi şəhəri və ali təhsil ocağı barədə məlumat verib. Bildirib ki, Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturu yaradılıb, auditoriya və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz olunub.
Qonaqlar universitetin kitabxanası tanış olub, tələbələrlə xatirə şəkilləri çəkdiriblər.
Poliqon.info