AZ

Beynəlxalq səyyahlar Xankəndiyə səfər edib - VİDEO - YENİLƏNİB

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Xankəndi şəhərində olublar.

APA-nın Qarabağ bürosu xəbər verir ki, xarici səyyahlar Qarabağ Universitetində olub müəllim və tələbələrlə görüşüblər.

Qarabağ Universitetinin Tədqiqat və İnnovasiya Mərkəzinin direktoru Ceyhun Məmmədov qonaqlara Xankəndi şəhəri və ali təhsil ocağı barədə məlumat verib. Bildirib ki, Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturu yaradılıb, auditoriya və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz olunub.

Qonaqlar universitetin kitabxanası tanış olub, tələbələrlə xatirə şəkilləri çəkdiriblər.

***

13.01

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilər Qarabağa növbəti səfəri çərçivəsində Ağdamdan sonra Xankəndi şəhərinə gəliblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunan qonaqlar Xankəndi şəhəri ilə tanış olublar.

Səyyahlar şəhərin mərkəzi meydanında olublar. Onlara şəhər barədə məlumat verilib. Bildirilib ki, 18-ci əsrdə yaranan qədim yaşayış məskəni 35 il ermənilərin nəzarətində olub.

Günün ikinci yarısında səyahətçilərin Qarabağ Universitetinin tələbə və müəllim kollektivi ilə görüşü gözlənilir.

Seçilən
24
13
apa.az

10Mənbələr