“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Zaqatala”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Zaqatalada baş tutmuş oyun “Sumqayıt”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşb.
Saşa İliç matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Yaxşı qarşılaşma oldu. Əsas məqsədimiz daha az forma şansı əldə edən futbolçuları oynatmaq idi. Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçuların tonusda qalması üçün şans yaratdıq. Hesab 3:0 olsa da, düşünmürəm ki, asan qələbə oldu. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya isə növbəti oyunlarda uğurlar arzu edirik”.

