AZ

“Şamaxı” və “Qəbələ” Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə keçirilməsi nəzərdə tutulmuş 6 qarşılaşmadan daha ikisi başa çatıb.

Premyer Liqa təmsilçilərindən “Şamaxı” 1-ci Liqada çıxış edən “Səbail”lə qarşılaşıb və çətin qələbə sayəsində sürprizə imkan verməyib. “Qəbələ” isə “Mingəçevir”i darmadağınla keçib.

Mərhələnin sonuncu oyununda isə “Neftçi” MOİK-lə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin əvvəlki oyunlarında rəqiblərinə qalib gəlmiş “Kəpəz”, “Karvan”, “İmişli”, “Turan Tovuz”, “Baku Sportinq”, “Şəfa”, “Difai”, “Sumqayıt” və “Şahdağ Qusar” növbəti raunda vəsiqə qazanıblar.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

29 oktyabr

“Qəbələ” – “Mingəçevir” 5:1
Qollar: Domu Massumo, 44. Prins Ovusu, 50; 54; 63. Nuğay Rəşidov, 66 – Cona Attukuaye, 57.
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu, 16:00.

Qəbələ: 94. Həbib Hüşənov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 66. Nuğay Rəşidov, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 42. Jondo Fuxs, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 7. Rüfət Əhmədov, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.

Mingəçevir: 38. Sahib Həsənov, 6. Cabir Əmirli, 60. Elmin Bayramov, 70. Nicat Məmmədov, 7. Vüsal Əsgərov, 27. Elnur Mirzəyev, 77. Məhəmməd Səfərov, 32. Rəhim Cəfərli, 17. Taleh Qarayev, 9. Qurban Səfərov (k), 8. Abba Usman.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 10. Samir Abdullayev, 15. Seymur Məmmədov, 14. Fuad Əhmədov, 42. Kadiri Mohammed, 11. Kennet Kalunqa, 5. Bakari Jayte, 20. Cona Attukuaye, 21. Rimas Kerimi.
Baş məşqçi: Ramiz Məmmədov.

“Səbail” – “Şamaxı” 0:1
Qol: Alfons Msanqa, 49.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 16:00.

Səbail: 1. Rəşad Əzizli, 4. Səbayıl Bağırov, 39. Sadiq Quliyev (k), 11. Asim Əlizadə, 21. Paulo Rikardo, 99. Emil Qasımov, 14. Turan Vəlizadə, 19. Tuqay Əlizadə, 16. Emin Rüstəmov, 15. Fəxri Məmmədli, 6. Azad Əsgərov.
Ehtiyat oyunçular: 12. Vüsal Şabanov, 25. Fəyyaz Mehdizadə, 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 10. Əli Babayi, 5. Mohamed Sako, 83. Afonso Almeyda, 89. Ömər Qurbanov, 22. Mustafa Yakubu, 20. Murad Fərzəliyev, 44. Murad Mustafayev.
Baş məşqçi: Elvin Məmmədov.

Şamaxı: 62. Abdulla Seydəhmədov, 5. Arsen Ağcabəyov (k), 80. Həbib İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 4. Sezar Enrike, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 21. Bilal İsmayılov, 82. Rüfət Abbasov, 90. Davud Mənsumov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 44. David Santos, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
35
25
arena.az

10Mənbələr