AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının 9-cu turundakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, sözügedən qurumun mətbuat xidməti əvvəllər belçikalı mütəxəssisin fikirlərini yazılı olaraq təqdim edirdi. Son turlarda isə AFFA onun şərhlərini videoformatda açıqlayır.
Frank De Blekere hakimlərin Azərbaycan Premyer Liqasının 9-cu turunda keçirilmiş oyunlardakı mübahisəli epizodlar zamanı düzgün qərarlar verdiyini bildirib. Belçikalı mütəxəssis “Kəpəz” – “İmişli”, “Araz-Naxçıvan” – “Sabah” və “Qəbələ” – “Neftçi” matçlarında baş verənləri şərh edib. O, həmin epizodlarda referilərin ədalətli qərarlar verdiyini vurğulayıb.
AFFA Hakimlər Komitəsinin sədri 9-cu tur çərçivəsində keçirilmiş oyunlardakı mübahisəli epizodları belə şərh edib:

