Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 6-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
“Şəmkir” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Şəmkir”in azarkeşləri meydançaya daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Şəmkir” klubu 500 manat cərimə edilib. “Şəmkir”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə sözügedən klub 200 manat cərimə edilib. “Şəmkir”in azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə görə sözügedən klub daha 500 manat cərimə edilib.
“Ağdaş” – “Şəki” oyununda “Şəki”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.
“Araz Saatlı” – “Xankəndi” oyununun 52-ci dəqiqəsində “Araz Saatlı”nın futbolçusu Rafiq Abdullayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Araz Saatlı” buna görə 50 manat cərimə ödəyəcək.

