AZ

Qaspar və Nanidən Yamal açıqlaması - ARENA.AZ

“Barselona”nın keçmiş prezidenti Joan Qaspar, “blauqrana”nın 18 yaşlı ispaniyalı hücumçusu Lamin Yamal haqda qənaətini açıqlayıb.

Arena.az Qasparın müvafiq açıqlamasını təqdim edir:

“O, dünyada ən yaxşı oyunçu deyil. Elə, ötən mövsümdə də müvafiq məqamda deyildi. O, ən yaxşı ola bilər, amma indi yox. Buna, onu kim sövq edə bilər? Bu, onun komanda yoldaşlarının və məşqçinin işidir”, deyə Qaspar vurğulayıb.

Portuqaliya yığmasının sabiq üzvü Nani də Yamal haqda qənaətini açıqlayıb:

“Lamin Yamal inanılmazdır. O, əsl istedaddır. Qarşıda böyük karyerası var. O, dünya səviyyəli güclü bir oyunçu olacaq və İspaniya yığmasının qənimətlər qazanmasına yardım edəcək”, deyə Nani vurğulayıb.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 8 oyuna çıxıb. O, bu oyunlarda 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 114 oyun, 28 qol və 39 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir – Yamal dünyanın ən bahalı oyunçusudur.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
1
26
arena.az

10Mənbələr