PSJ-nin baş məşqçisi Luis Enrike Paris klubunun 21 yaşlı braziliyalı mərkəz müdafiəçisi Lukas Beraldo haqda qənaətini açıqlayıb.
Arena.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Beraldo çox gəncdir, amma böyük təcrübəyə və inamlı xasiyyətə malikdir. Ondan razıyam. Hazırda istənildiyi qədər, elə də çox oynamır. Amma mövcud rəqabət mənzərəsində, PSJ üçün vacib oyunçu olmaq çətindir”, deyə Luis Enrike vurğulayıb.
Yeri gəlmişkən, PSJ-nin cinah müdafiəçisi Nuno Mendes də parislilərin ispan baş məşqçisinin ona yardımçı olması haqda söhbət açıb:
“Əvvəllər mən müdafiədə elə də güclü deyildim. Luis Enrike bunu sezdi və müvafiq xüsusda mənə çox kömək oldu”, deyə Mendes vurğulayıb.
Xatırladaq ki, Lukas Beraldo 2024-cü ildən formasını geyindiyi PSJ-də cari mövsümdə 7 oyuna çıxıb, 1 qola imza atıb. Nuno Mendes isə 2022-ci ildən PSJ-dədir. O, Paris klubunun heyətində 12 oyuna 4 qol və 3 assistlə yadda qalıb.

