Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması “Neftçi” ilə “Kəpəz” arasında baş tutub.
“Neftçi Arena”dakı görüşü Rəvan Həmzəzadə idarə edib. Paytaxt təmsilçisi altı qolun qeydə alındığı bu görüşdə darmadağına sevinib.
Xatırladaq ki, turun daha öncə keçirilmiş oyunlarında “Qarabağ” “İmişli”yə 2:0 hesabı ilə qalib gəlib. “Zirə” isə “Karvan”ı 3:2 hesabıyla üstələyib.
“Turan Tovuz” – “Şamaxı” və “Sumqayıt” – “Araz-Naxçıvan” oyunları sabah keçiriləcək. Turun qapanış matçı isə noyabrın 3-də “Sabah”la “Qəbələ” arasında baş tutacaq.
Premyer Liqa
10-cu tur
1 noyabr
“Neftçi” – “Kəpəz” 5:1
Qollar: Emin Mahmudov, 19. Vensan Abubakar, 23. Bussala Sambu, 74; 86. Freddi Varqas, 90+1 – Sadiq Şəfiyev, 77.
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 17:00.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 45. Vensan Abubakar, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 6. Sessi D Almeyda, 9. Bassala Sambu, 27. Kristian Kostin, 22. Luis Ortis.
Baş məşqçi: Samir Abasov.
Kəpəz: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 9. Luis Paçu, 11. Vitor Feyjao, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 38. Cefferson Bento.
Ehtiyat oyunçular: 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 55. Kresus Donqo, 6. Pedro Qomes.
Baş məşqçi: Azər Bağırov.

