“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün “Neftçi Arena”da baş tutmuş oyunda meydan sahibləri 5:1 hesablı qələbəyə seviniblər:
“Vensan Abubakarın komandada böyük rolu var, təcrübəli futbolçudur. Hər yerdə belədir ki, komanda təcrübəli oyunçunun oyununa uyğunlaşmağa çalışır. Biz bütün oyunlarda istəkli idik. Mətbuat konfransını bir futbolçuya həsr etsək, digər oyunçulara haqsızlıq etmiş olarıq. Bu gün elə epizodlar var idi ki, futbolçular driblinq etməyə alüdə olurdular. Amma qələbə elə şeydir ki, çox şeyə göz yumursan”.
Samir Abasov qarşıdakı “Qarabağ”la oyundan gözləntisini də bölüşüb:
“Qarabağ”ın müdafiəsində heç bir boşluq yoxdur. Gündən-günə güclənirlər. Həmin matça qədər hələ vaxt var. “Qarabağ”a, Qurban Qurbanova “Çelsi” ilə oyunda uğurlar arzulayıram. Bizim derbiyə gəldikdə isə, maraqlı oyun olacaq. İki yaxşı komanda bir-biri ilə oynayacaq”.

